RU

İsraildən Quterreşə etiraz - Görüş ləğv edildi 

İsrailin xarici işlər naziri Eli Koen BMT-nin baş katibi Antonio Quterreşi ilə görüşməkdən imtina edib.

 

Referans.Az xəbər verir ki, bu barədə nazir özünün "X" hesabında yazıb.

 

Koen BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı Fələstin-İsrail münaqişəsi ilə bağlı söylədiyi fikirlərə görə Quterreşi tənqid edib.

 

"Cənab baş katib, siz hansı dünyada yaşayırsınız? Qətiyyən bizim dünyamızda deyil”, - Koen BMT Təhlükəsizlik Şurasının iclasında deyib.

 

“Mən Birləşmiş Millətlər Təşkilatının baş katibi ilə görüşməyəcəyəm. Oktyabrın 7-dən sonra balanslı yanaşmaya yer yoxdur. HƏMAS yer üzündən silinməlidir”, - İsrailin xarici işlər naziri vurğulayıb.

Избранный
805
1
oxu.az

10Источники