RU

Prezident İlham Əliyevin "yaşıl" strategiyası - Azərbaycan investisiyaları maqnit kimi özünə çəkir

Bakı. Trend:

Azərbaycanın xüsusən Avropa ölkələri ilə neft-qaz əməkdaşlığısahəsində nailiyyətləri enerji daşıyıcılarının ixracı ilə məşğulolan istənilən ölkə üçün nümunə ola bilər. Azərbaycanı digərölkələrdən fərqləndirən isə regionda ekoloji cəhətdən təmizenerjinin inkişafına yönəlmiş təşəbbüslərdə fəal iştirakıdır.Azərbaycan özünü ənənəvi enerji resurslarının etibarlı tədarükçüsükimi təsdiqləsə də, yerində saymır. Ölkənin ekoloji təmiz enerjiixracı ilə bağlı iddialı məqsədləri getdikcə güclənir və artıq reallayihələrə çevrilir.

Bərpa olunan enerji mənbələrindən (BEM) əldə edilən elektrikenerjisinin ixrac olunmağa başlaması Azərbaycanın enerjistrategiyasında yeni dövrün başlanğıcıdır. Prezident İlham Əliyevelektrik enerjisi istehsalının ümumi həcmində bərpa olunan enerjimənbələrinin payını 2030-cu ilədək 30 faizə qədər artırmaqməqsədilə ölkədə BEM-dən istifadənin genişləndirilməsinə birincidərəcəli əhəmiyyət verib.

Azərbaycan 27 geqavatdan yüksək olan bərpa olunan enerji, ocümlədən, quruda külək və günəş enerjisi, əlavə olaraq Xəzərdənizinin Azərbaycan sektorunda 157 geqavatt külək enerjisipotensialı ilə öyünə bilər.

Prezident İlham Əliyev 18 may 2021-ci il tarixində Ağdamsakinləri ilə görüşdə bütün Qarabağ bölgəsinin "yaşıl enerjizonası"na çevriləcəyini bəyan edib.

Azərbaycan BEM sahəsində gələcəklə bağlı qarşısına iddialıməqsədlər qoyub. Ölkə istehsal edilmiş resursların 80 faizini ixracetmək niyyətilə 2027-ci ilədək ölkə 3 geqavatt külək enerjisi və 1geqavatt günəş enerjisi hasil etməyi planlaşdırır. Azərbaycan2037-ci ilədək öz enerji imkanlarını ən azı 6 geqavatadəkgenişləndirməyi proqnozlaşdırır.

Azərbaycan bu yaxında 230 meqavatt gücündə Qaradağ GünəşElektrik Stansiyasını açmaqla iddialı enerji strategiyasının həyatakeçirilməsində mühüm mərhələyə keçid edib. Cənubi Qafqazda bunəhəng günəş elektrik stansiyasının inşası barədə saziş 2020-ciildə imzalanıb. Nəhayət, oktyabrın 26-da Prezident İlham Əliyevstansiyasının rəsmi açılışında iştirak edib.

Açılış mərasimində Prezident İlham Əliyev bunun ölkə tarixindətarixi məqam olduğunu deyərək, layihənin bir çox gələcəklayihələrdən birincisi olduğunu qeyd edib.

"Masdar" şirkəti ilə də "yaşıl" enerji sahəsində ümumi gücü 1000meqavatadək olan layihələrin icrasını nəzərdə tutan əlavə sazişlərimzalanıb. Bu layihələr Biləsuvarda 445 meqavatt gücündə günəşelektrik stansiyasının, Neftçalada 315 meqavatt gücündə günəşelektrik stansiyasının və Abşeron-Qaradağ ərazisində 240 meqavattgücündə külək elektrik stansiyasının tikintisini nəzərdə tutur.

"Biz mərhələlərlə 10 geqavata qədər bərpaolunan enerji istehsaletmək üçün birgə işləməyi planlaşdırırıq və bu, regionun enerjiinkişafında tam bir inqilab olacaq, çünki Azərbaycan dünyada ilkdəfə XIX əsrin ortalarında neftin istehsal olunduğu ölkədir.Dənizdəki yataqlardan ilk neft ötən əsrin ortalarında istehsalolunub. İndi bizim zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərəalaraq, biz yaşıl gündəliyə doğru irəliləyirik. Bu, məqsədliseçimdir. Bu, bizim təkcə Azərbaycanın gələcək inkişafına deyil,həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfəmizdir", -Prezident İlham Əliyev deyib.

Avropaya neft və qaz tədarükçüsü kimi etibarlılığı ilə bilinənAzərbaycan avropalı tərəfdaşlarının enerji təhlükəsizliyininmöhkəmlənməsinə tərəfdardır. Bu yaxında Azərbaycan, Gürcüstan,Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl" enerjinininkişafı və nəqli sahəsində strateji tərəfdaşlıq barədə sazişinimzalanması bu istiqamətdə mühüm təşəbbüs oldu. Təkcə bu saiş QərbiAvropada Azərbaycanın enerji resurslarına tələbatın yüksək olduğunuvurğulayır.

Bu layihə çərçivəsində Gürcüstanla Rumıniyanı birləşdirən 1195kilometr uzunluğunda və min meqavatt gücündə "Black Sea Energy"sualtı elektrik kabelinin çəkilməsi planlaşdırılır.

"Əlbəttə ki, planlarımız enerji dəhlizini, Xəzər-Avropa İttifaqıenerji dəhlizini yaratmaq üçün tərəfdaşlarımızla fəal işləməkdənibarətdir. Ötən ilin dekabrında müvafiq müqavilə imzalanıb. Bizartıq fəaliyyətimizə başlamışıq, rəhbər komitə bir neçə dəfətoplanıb. Bir neçə aydan sonra bizim yeni enerji təhlükəsizliyilayihəsinin - Yaşıl Enerji Dəhlizinin, inteqrasiya edilmiş ötürücü,istehsal və istehlak müəssisələrinin, o cümlədən, Qara dənizindibindən keçəcək elektrik kabelinin tam texniki-iqtisadiəsaslandırması hazır olacaq. Hazırda 4 geqavat gücündə bərpaolunanenerji mənbələri üçün texniki-iqtisadi əsaslandırma hazırlanır", -deyə dövlət başçısı deyib.

Azərbaycan BEM hesabına elektrik enerjisi istehsalını artırmağavə yaxın illərdə Azərbaycandan Avropaya təmiz enerjinin nəqlinəyönəlmiş konkret təşəbbüsləri təşviq edir. Misal üçün, 9 yanvar2020-ci ildə Səudiyyə Ərəbistanının "ACWA Power" və Birləşmiş ƏrəbƏmirliklərinin (BƏƏ) "Masdar" şirkətləri ilə BEM sahəsində pilotlayihələrin başladılması barədə sazişlər imzalanıb. Bu sazişlərpilot layihələrin icrasını, o cümlədən, "ACWA Power"in əməkdaşlığıilə 240 meqavatt gücündə külək elektrik stansiyasının və "Masdar"ilə birgə 200 meqavatt gücündə günəş elektrik stansiyasınıntikintisini nəzərdə tutur.

Bundan başqa, 30 dekabr 2020-ci ildə "ACWA Power" ilə birlikdəelektrik enerjisinin satın alınması və şəbəkələrə qoşulma ilə bağlıbir sıra yeni investisiya layihələri rəsmiləşdirilib. 13 yanvar2022-ci ildə "ACWA Power"in əməkdaşlığı "Xızı-Abşeron" KüləkElektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib.

15 dekabr 2022-ci ildə Energetika Nazirliyi və AvstraliyanınFortescue Future Industries (FFI) şirkəti arasında Azərbaycandabərpa olunan enerji layihələri və “yaşıl hidrogen”in potensialınınöyrənilməsi və inkişafı üzrə birgə əməkdaşlığa dair ÇərçivəMüqaviləsi imzalanıb. Müqavilə Azərbaycanda bərpa olunan enerji və"yaşıl hidrogen"in istehsalı üzrə ümumi gücü 12 geqavattadəklayihələrin araşdırılması və reallaşdırılmasını nəzərdə tutur.

Azərbaycan dünya səviyyəsində üç ən böyük enerji şirkətləri iləAnlaşma Memorandumları və müvafiq sazişlər imzalayıb. Bu sazişlərəəsasən həm quruda, həm də dənizdə 25 geqavatt günəş və küləkenerjisinin istehsal olunması planlaşdırılır. "Masdar" bu enerjinin10 geqavattının, "Fortescue" 12 geqavattının, "ACWA Power" isə 2,5geqavattının istehsalına görə cavabdehdir.

Dünyanın aparıcı şirkətləri Azərbaycanda enerji sektorununhüdudlarından kənara çıxan və bir sıra müxtəlif sahələri əhatə edənperspektiv müəssisələrə mühüm investisiyalar qoymağa hazırdır. BEMelektrik enerjisi istehsalının təməl daşı ola biləcəyindən, ölkəyəbeynəlxalq investisiyalar əhəmiyyətli dərəcədə arta bilər.Azərbaycan bu artım üçün lazımi şəraitə, o cümlədən, zənginpotensiala malikdir. Bundan başqa, ölkə hökuməti alternativenerjinin və müasir hüquqi bazanın inkişafına tərəfdardır. Buamillər ümumilikdə Azərbaycan iqtisadiyyatının uğurunu təşkiledir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Избранный
327
40
az.trend.az

10Источники