RU

ABŞ-ın aparıcı bankının 1 milyon səhmi - SATIŞA ÇIXARILACAQ

ABŞ-ın aparıcı bankı - "JPMorgan Chase"in rəhbəri Ceymi Daymon (Jamie Dimon) və ailəsi bankın 1 milyon səhmini satmağı planlaşdırır.

FED.az xəbər verir ki,  bu barədə "Bloomberg" agentliyi yazıb.

Məlumata görə, səhmlər gələn ildən başlayaraq maliyyə diversifikasiyası və vergi planlaması məqsədləri üçün satılacaq. Ailə hazırda bankın təxminən 8,6 milyon səhminə sahibdir.

67 yaşlı C.Daymon 2005-ci ilin sonundan "JPMorgan"a rəhbərlik edir. (Report)

Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür. 

Избранный
260
5
fed.az

5Источники