RU

Cəlilabad sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı

Oktyabrın 24-də Cəlilabad şəhəri ərazisində Xaqani Mirnizami oğlu Əhmədlini vuraraq qəsdən öldürən şəxs saxlanılıb.

Bu barədə "Report"un Muğan bürosunun sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Məlumatda qeyd olunub ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, 1998-ci il təvəllüdlü Böyükxan Elçin oğlu Muradlı saxlanılıb.

Избранный
229
19
demokrat.az

10Источники