RU

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü tutuldu

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü tutulub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində yerləşən YPX postunda “Ford transit” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

Sürücü Sumqayıt şəhər sakini S.Mustafayevin narkotik vasitənin təsir altında olması müəyyən olunduğundan barəsində protokol tərtib edilib.

Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı isə oradan metamfetamin və marixuana aşkar olunaraq götürülüb.

Избранный
295
44
baki-xeber.com

10Источники