RU

Fələstin-İsrail münaqişəsində nə qədər jurnalist öldürülüb?

Ən azı 29 jurnalist son Fələstin-İsrail münaqişəsinin qurbanı olub.

Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Jurnalistlərin Müdafiəsi Komitəsi məlumat yayıb.

"2023-cü il oktyabrın 7-dən oktyabrın 27-dək hər iki tərəfdən öldürülən 8 mindən çox adamın siyahısına ən azı 29 jurnalist daxil edilib", - hesabatda deyilir.

Təşkilatın aydınlaşdırdığı kimi, bu, Komitənin 1992-ci ildə məlumat toplamağa başlamasından bəri jurnalistlər üçün ən ölümcül dövrdür.

“Media Qəzza zolağında əməkdaşları və jurnalistləri ilə əlaqəni itirdikcə, dünya reallığı görmək imkanını itirir”, - bəyanatda deyilir.

Избранный
271
13
publika.az

10Источники