RU

Ölkədən qaçmaq istəyirdi - Polislər aeroportda saxladı

Axtarışda olan şəxs ölkədən qaçmaq istəyərkən hava limanında polislər tərəfindən saxlanılıb.

“Qafqazinfo”nun məlumatına görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərlə əlaqəli cinayətə görə axtarışda olan 1987-ci il təvəllüdlü Fuad Əsgərov Beynəlxalq Hava Limanı ərazisində xarici ölkələrdən birinə uçmaq istəyən zaman müəyyən edilərək saxlanılıb.

O, istintaqa təhvil verilib. Araşdırmalar aparılır

Избранный
149
6
qafqazinfo.az

7Источники