RU

“Bravo” marketə basqın edənlərə hökm oxunub

"Bravo” hipermarketinə silahlı basqınla bağlı məhkəmə araşdırması başa çatıb.

"Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Təqsirləndirilən şəxslər hər biri ayrı-ayrılıqda verilmiş ittihamlarla təqsirli  biliniblər.

Hökmə əsasən, Dəyanət Qüdrətov ömürlük, Azər Məmmədov və İbrahim İbrahimov 19 il, Səbuhi Qurbanov 18 il 6 ay, Rövşən İsmayılov 4 il 11 ay 28 gün Babək İsgəndərov isə 3 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Bu günə kimi azadlıqda olan Rövşən İsmayılov və Babək İsgəndərov məhkəmə zalında həbs ediliblər. 


www.anews.az
Избранный
82
3
anews.az

7Источники