RU

Qəzzada öldürülənlərin 70 faizi uşaqlar və qadınlardır

Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini, İsrailin son üç həftədə Qəzzada həyata keçirdiyi hücumlarda ölənlərin 70 faizinin uşaq və qadınlar olduğunu bildirib. 
Ednews xarici mediaya istinadən xəbər verir ki, F.Lazzarini çıxışında qeyd edib: 
“Qəzza zolağında həlak olanların təxminən 70%-i qadın və uşaqlardır. 3 həftə ərzində anklavda təxminən 3,2 min uşaq öldürülüb”.
BMT rəsmisinin sözlərinə görə, Qəzza zolağında mülki əhalinin sığınacaq tapmağa çalışdığı kilsələr, məscidlər, xəstəxanalar və UNRWA obyektləri atəşə tutulur.  
Oğuz

Избранный
747
42
ednews.net

10Источники