RU

Quterreş: "Qəzzada dinc sakinlərin öldürülməsindən dəhşətə gəlirəm"

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Qəzzada baş verənlərlə bağlı açıqlama verib.

"Qəzzada dinc əhalinin öldürülməsini pisləyirəm və öldürülənlərin əksəriyyətinin qadın və uşaqlar olması xəbərindən dəhşətə gəlirəm" o açıqlamasında deyib.

Quterreş  Qəzzaya hücumların artması ilə bağlı narahatlığını dilə gətirib:

"İsrail Ordusunun intensiv hava hücumları ilə müşayiət olunan quru əməliyyatlarını genişləndirməsinin əleyhinəyəm. Münaqişənin ən ağır yükünü mülki şəxslər çəkir"- o qeyd edib.

Aysu
Demokrat.az

Избранный
933
50
demokrat.az

10Источники