RU

Türkiyə milli mülki aviasiyanın banisi Vecihi Hürkuşun xatirəsini yad edir

Türkiyə milli mülki aviasiyanın banisi Vecihi Hürkuşun xatirəsini yad edir

İyulun 16-da Türkiyədə 55 il əvvəl Ankarada vəfat edən milli mülki aviasiyanın banisi Vecihi Hürkuşun xatirəsi yad edilir.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, 1917-ci ildə Qafqaz cəbhəsində rus ordusu ilə döyüşlər zamanı Hürkuş Türkiyə tarixində düşmən təyyarəsini vuran ilk hərbi qulluqçu olub.

1917-ci il oktyabrın 8-də Hürkuşun idarə etdiyi təyyarə vuruldu, özü isə əsir düşdü və Bakı yaxınlığındakı Nargin adasına sürgün edildi. Hürkuş Azərbaycan xalqının köməyi ilə rus əsirliyindən qaçaraq İstanbula qayıtmağa müvəffəq olub, burada o Hava Hücumundan Müdafiə bölməsinə təyin edilib.

Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türkiyə xalqının milli qurtuluş savaşı zamanı Vecihi Hürkuş yunan hərbi təyyarəsini vurub. O, göstərdiyi şücaət və qəhrəmanlığa görə 3 dəfə Türkiyə Böyük Millət Məclisinin yüksək təşəkkür diplomu və müstəqillik medalı ilə təltif edilən yeganə Türkiyə vətəndaşı olub.

Hürkuşun Türkiyənin inkişafına ən böyük töhfəsi 1924-cü ildə ilk yerli Vecihi K-VI təyyarəsinin dizaynı və istehsalı oldu.

İlk uçuş 1925-ci il yanvarın 28-də baş verib. Həmin il fevralın 16-da o, “Türkiyənin Baş Pilotu” adına layiq görülüb.

Hürkuşun təşəbbüsü ilə 1932-ci il sentyabrın 27-də Türkiyədə mülki aviasiya məktəbinin əsası qoyulub.

Sonrakı illərdə o, silahdaşlar qrupu ilə birlikdə özəl “Türk Kanadı” aviasiya şirkətini açıb və həyatının sonuna qədər milli aviasiyanın inkişafına töhfə verməyə çalışıb.

Ramin Abdullayev

Ankara

Mənbə: AZƏRTAC

Избранный
37
2
ilk.az

3Источники