ABŞ-ın Viskonsin ştatının Milvauke şəhərində Respublikaçılar Partiyasının qurultayının keçirildiyi ərazi yaxınlığında xizək maskası taxmış silahlı şəxs saxlanılıb.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə “Fox News” hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.
Məlumata görə, axtarış zamanı təhlükəsizlik qüvvələri həmin şəxsin çantasından tapança aşkar ediblər. Saxlanılan şəxsin Viskonsin və ya digər ştatlarda silah gəzdirmək üçün lisenziyası olmayıb.
Mənbə: AZƏRTAC