Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib.
“Qafqazinfo”nun məlumatına görə, iclasda 2024-cü ilin sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə YAP-ın namizədləri müəyyənləşib.
Həmçinin namizədliyi irəli sürülməyən YAP üzvlərinin bəzilərinin adları bəlli olub. Onların arasında Vasif Talıbov, İsa Həbibbəyli, Səttar Möhbalıyev var.
Qeyd edək ki, bu gün ərzində YAP-ın siyahısının açıqlanacağı gözlənilir.
***
“Report”un məlumatına görə, VI çağırış Milli Məclisin deputatı, sabiq sədr Oqtay Əsədov da növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürməyib.
Sail Ağasəlim