RU

Azərbaycanın bayraqdarları müəyyənləşdi - "Paris-2024"

Azərbaycanın “Paris-2024” Yay Olimpiya Oyunlarındakı bayraqdarları müəyyənləşib.

Prosport.Az xəbər verir ki, iyulun 26-da keçiriləcək açılış mərasimində bu funksiyanı qadın cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev yerinə yetirəcəklər.

Qeyd edək ki, "Paris-2024" Yay Olimpiya Oyunlarında Azərbaycan 48 idmançı ilə təmsil olunacaq. Oyunların açılışı iyulun 26-da, bağlanışı isə avqustun 11-də olacaq.

Избранный
30
13
prosport.az

10Источники