TehsilForumu.Az təqdim edir 1974-cü il noyabrın 10-da Neftçala rayonunun Xolqarabucaq kəndində, ziyalı ailəsində dünyaya göz açıb Pərvanə Salman qızı Abdullayeva. Təhsilini doğma kəndindəki orta məktəbdə əla qiymətlərlə başa vurduqdan sonra Bakı şəhər 2-nömrəli tibb kollecində davam etdiribdir.Hal-hazırda Atatürk Unveristetinin Sosalogiya fakültəsidə təhsilini davam etdirir. 1993-cü ildə ailə həyatı quran Pərvanə xanım ailəsi ilə Ukraynanın Kiyev şəhərində yaşayıblar. Kiyev şəhərində üç övladı dünyaya gəlib iki qız,bir oğlan. Böyük qızı ailəlidir ailəsiylə Hollandiyanın Amsterdam şəhərində yaşayır bir qız, bir oğlan övladı var.Pərvanə Salmanqızı hələ gənclik illərindən şeir, poeziya vurğunu olubdur.DÖNÜB BAXIM,BU DÜNYAYA.Axıb gedən,bu ömür də,Geri dönməz,axıb gedər, Ömür keçər, dünya dönər, Dönüb baxım,bu dünyaya.Mən, doymadım baharından,Payız, adlı xəzanından, Qismət ola,ya olmaya, Dönüb baxım,bu dünyaya. Sevgi dolu, öz dünyamda, O,gözlərə hey,baxım...baxım.. Birdən dönüb,baxmaz birdə, Dönüm baxım,bu dünyaya.Baxım doğan günəşə, Baxım çağlayan suya, Baxım ötən illərə...Dönüb baxım,bu dünyaya.Səhər şehinin jaləsinə,Bülbülün,züm-züməsinə.Şəlalənin gur səsinə, Dönüb baxım, bu dünyaya.(Pərvanə Salman qızı) 1983-1984-cü illərdə Bülbül adına müsabiqənin qalibi olubdur.2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən.Əli Kərim adına Poeziya klubunun Jurnalist-repartyor fakültəsinə daxil olub 2013 bitirmişdir.CIBS- CASPIAN INTERNATIONAL BUSINESS SERVICES. "Zəfər Yolu " Müharibə İştirakçılarına və Şəhid Ailələrinə HumanitarDəstək ictimai birliyinin sədri, zefernews.az saytının təsisçisi və rəhbəri, Dünya Afşarlar Dərnəyinin Azərbaycan üzərə təmsilçisi-başkanı, JBÜ- jurnalistlər birliyinin üzvü,Türkiyənin Anasan-Anadolu Sanatçılar üzvü, Anasan- yazarlar birliyinin Azərbaycan nümayəndəsi, XXl- Əsrin Ziyalıları Cəmiyyətinin icraçı direktoru, Düya Türk Ocaqlarının Neftçala başkanı, Şərqin səsi , Dostlar məşəli qəzetlərinin baş redaktorudur. "İlhamlı Azərbaycan” döş nişanı, Cəsur döyüşçü medalları, Xarı bülbül medalı, Xarı bülbül diplomu, Qızıl Qələm mükafatı laureatı, “Qarabağ Azərbaycandır!” Diplomu, Müdafiə Nazirliyinin dəfələrlə Fəxri Fərmanı və Ədliyyə Nazirliyinin Fəxri Fərman ilə tətəltif olunub. Pərvanə Salman qızının "Dəmir Yumruq" adlı ilk kitabı 2021-ci ildə işıq üzü görüb bir neçə kitab müəllifidir.VƏTƏNDAŞ MÖVQEYİ, İNSANLIĞIN XİLASINA XİDMƏT, İLAHİ EŞQ DAŞIYICISI, VƏTƏN SEVDALISI PƏRVANƏ XANIM SALMAN QIZI Tanıdığımız, daim təmasda olduğumuz insanların iç dünyası, daxili aləmi, istək və arzularını haqqında bilgiləri onların həyat hekayəsi bizlərə açıqlayır.Keçdiyi həyat yolları haqqında Pərvanə xanım Salman qızı Abdullayevanın həyat hekayəsi müxtəlif rakurslardan onu görmək imkanı verir.Yaradıçı kəslərin həyat və insan,vətən sevgisi , Yaradanın yaratdıqlarına olan sevgisi daha güclü olur.Pərvanə xanımın yaradıcılıq uğurları, ictimai fəaliyyəti təqdirəlayiqdir!Vətəndaş mövqeyi, İnsanlığın xilasına xidmət, İlahi Eşq daşıyıcısı kimi ,ətrafında olan sağlam düşüncəli,Vətən sevdalı gənclərlə,şəhid ailələrinə,qazilərə,müharibə veteranlarına diqqət göstərməsi ,daim onların yanında olması onun iç dünyasından gəlir! Sağlam düşüncə, xeyrhaqq xislət, məram, məqsəd, əməl və xidmət onun həyat fəaliyyətinin əsas göstəricisidir.Pərvanə xanıma uğurları arzulayırıq! Zülfíyyə VəliyevaRespublikanın Əməkdar Müəllimi
Azərbaycan Jurnalistlər Birliyinin üzvü


