RU

Qalmaqallı psixoloq: Kamil Zeynallıya zəng etdim, şam yeməyi...

"Gözəlliyim sayəsində mənə jestlər edilib, bu bəlkə də daşıdığım xüsusiyyətlərə görə olub. Çünki elə adam var ki, xarici gözəlliyi ilə daşıdığı xüsusiyyətlər üst-üstə düşmür. Gözəlliyim başıma bəla da olub və olmaqda da davam edir. Əfsuslar olsun ki, bunu şəxsən yaşamışam..."

Publika.az yenisabah.az-a istinadla xəbər verir ki, bu sözləri psixoloq Samirə Bağırova qonaq olduğu "Künc-Bucaq" layihəsində deyib.

Gözəlliyinin başına bəla olduğunu bildirən psixoloq bəzən vəzifəli şəxslərdən buna görə "şam yeməyi" təklifləri aldığını da etiraf edib:

"Mən real hadisələr əsasında bir kitab yazmışam, az qalıb, bu yaxınlarda işıq üzü görəcək. Həmin kitabın nəşrinə dəstək üçün çox yerlərə müraciət etdim və sözün əsl mənasında şok yaşadım. Hara müraciət etdimsə, hamısı dedi ki, mənimlə şam yeməyinə gedək, ondan sonra dəstək olum. Təəccübdə qalmışdım ki, ölkədə nə baş verir?

Çox yorulmuşdum, istər dövlət məmurlarına, istər iş adamlarına müraciət etmişdim. İndi biz mədəni şəkildə buna "şam yeməyi" deyirik. Çox məyus oldum".

Избранный
509
22
publika.az

10Источники