RU

Bakıda hoteldə oğurluq

Bakıda hoteldə oğurluq olub, işçi saxlanılıb.

Bu barədə “Yeni Gundem”-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, paytaxtın Səbail rayonu ərazisində yerləşən hotellərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub. Araşdırmalarla oradan 13 ədəd televizor və 3 mobil telefonun oğurlanması məlum olub.

Ərazi üzrə polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlinin orada işləyən E.İsmayılov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib və o, saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
81
18
yenigundem.az

10Источники