RU

Şəmkirdə ər marketdə çalışan arvadını bıçaqlayıb

Image

Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub. Belə ki, 2006-cı il təvəllüdlü Laləzar Əhmədova mübahisə zəminində bir neçə bıçaq xəsarəti alıb. O, xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs onun həyat yoldaşı, 1999-cu il təvəllüdlü Yusif Məhərrəmov polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, zərərçəkən Şəmkir şəhərində yerləşən marketlərin birində çalışır. Faktla bağlı araşdırma aparılır.

Mətləb





Избранный
99
7
baki-xeber.com

10Источники