İyulun 22-də Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.
Korrespondent.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosuna istinadla bildirir ki, yerli vaxtla saat 12:08-də qeydə alınan təkanların maqnitudası 4.9-a bərabər olub.
Ocağı 15 kilometr dərinlikdə yerləşən zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.