RU

Bu ölkənin Ukrayna ilə sərhədində strateji bombardmançılar yerləşdirildi

ABŞ Rumıniya Hərbi Hava Qüvvələrinin Mixail Koqelniçanu 57-ci aviabazasında (Ukrayna ilə sərhəddə - red.) iki “B-52 Stratofortress” qitələrarası strateji bombardmançı təyyarəsi yerləşdirib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Avropada Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, yeni yerdə onlar ABŞ-ın Avropa Komandanlığının məsuliyyət zonasında təhlükəsizliyin yaxşılaşdırılması üçün NATO və digər beynəlxalq tərəfdaşlarla inteqrasiya edəcək, ABŞ Hərbi Hava Qüvvələrinin 20-ci ekspedisiya bombardmançı eskadrilyasının tərkibində fəaliyyət göstərəcək.

Mixail Koqelniçanu aviabazasına gələndən sonra B-52 təyyarələri Rumıniya və Finlandiyadan olan qırıcı təyyarələrinin müşayiəti ilə birgə uçuş həyata keçirib. Bu, Amerika strateji bombardmançılarının Rumıniyada fəaliyyət göstərdiyi ilk haldır.

Избранный
52
9
publika.az

10Источники