RU

Çempionlar Liqası: "Fənərbağça" İsveçrədən qələbə ilə qayıdır

Çempionlar Liqası: "Fənərbağça" İsveçrədən qələbə ilə qayıdır

Türkiyənin "Fənərbağça" komandası UEFA Çempionlar Liqasında mübarizəyə başlayıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi II təsnifat mərhələsinin ilk oyununda İsveçrədə "Luqano" komandası ilə üz-üzə gəlib. "Stokhorn Arena"da keçirilən görüş qonaqların 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Türkiyə klubunun heyətində Edin Ceko het-trik edib. Digər qolu isə Fərdi Kadıoğlu vurub.

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 30-da İstanbulda oynanılacaq. Bu cütün qalibi III təsnifat mərhələsində Fransanın "Lill" kollektivi ilə qarşılaşacaq.

Mənbə: AZƏRTAC

Избранный
40
5
ilk.az

6Источники