RU

Bayden seçkilərdə iştirakdan imtina etməsi ilə bağlı xalqa müraciət edib

Bayden

Vaşinqton, 25 iyul, AZƏRTAC

“İrəli getməyin ən yaxşı yolu məşəli yeni nəslə ötürməkdir”. AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Co Bayden seçki yarışından çəkilməsindən sonra xalqa ilk müraciətində deyib. O çıxışında Prezident kimi Amerika xalqına xidmət etməkdən şərəf duyduğunu bildirib.

“Bir neçə aydan sonra Amerika xalqı Amerikanın gələcək kursunu müəyyən edəcək. Mən seçimimi etdim, öz fikirlərimi bildirdim. Vitse-prezident Kamala Harris təcrübəlidir. O, mənim üçün inanılmaz tərəfdaş və ölkəmiz üçün çox yaxşı liderdir. İndi seçim sizdən, Amerika xalqından asılıdır”, - deyə Bayden bildirib.

Bayden səlahiyyət müddətinin qalan hissəsində icra etmək istədiyi planlarından da danışıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Избранный
46
7
azertag.az

7Источники