RU

"Bakıda döyüşmək tamam fərqli hisdir" - Mehman Məmmədov

"Yarış yaxşı keçdi. Doğma azarkeşlər önündə döyüşmək böyük məsuliyyət idi". SİA xəbər verir ki, bu sözləri "Rizin" Döyüş Federasiyasının Bakıda təşkil etdiyi "Landmark 7" turnirində Türkiyə təmsilçisi Ferit Göktepeyə qalib gələn Mehman Məmmədov deyib.

O, qarşılaşmanı tez bitirmək istədiyini, lakin bunun alınmadığını söyləyib: "Rizin"də qalib mübarizəyə burada davam etmək istəyirəm".

Məmmədov Bakıda döyüşməyin tamam fərqli hiss olduğunu sözlərinə əlavə edib.

MMA döyüşçüsü Vüqar Kərəmovun kəmər döyüşündə məğlub olması haqqında da danışıb: "O, rəqibindən çox güclüdür. İdmanda belə hallar da olur. İnanıram ki, kəməri yenidən onlardan alacaq".

Избранный
547
5
sia.az

10Источники