RU

Premyer Liqada ilk qadın hakim

Referi Rebekka Uelç İngiltərə Premyer Liqası tarixində kişilərdən ibarət komandaların matçında fəaliyyət göstərən ilk qadın hakim olub.

İngiltərəli referi Premyer Liqanın 11-ci turunun “Fulhem” – “Mançester Yunayted” (0:1) oyununda 4-cü hakim kimi fəaliyyət göstərib. Bununla da o, ölkənin əsas futbol çempionatında kişilərdən ibarət komandaların oyununda iştirak edən ilk qadın hakim olub.

Uelç əvvəllər də kişilərin oyunlarını hakim kimi idarə etmişdi, lakin bu oyunlar Çempionşip, Liqa 1  və Liqa 2 çərçivəsində idi.

Cebhe.info

Избранный
271
15
cebheinfo.az

10Источники