RU

Bayden Konqresi Ali Məhkəmədə islahatlar aparmağa çağırıb

ABŞ Prezidenti Co Bayden Konqresə Ali Məhkəmədə islahatlar həyata keçirərək 9 hakimə müddətli səlahiyyət verməyi və etik davranış kodeksi formalaşdırmağı təklif edib.

Olaylar xəbər verir ki, bu barədə Co Baydenin "Washington Post"da dərc olunmuş məqaləsində qeyd olunub.

Prezident bildirib ki, təklif olunan islahatlar məhkəməyə etimadı və hesabatlılığı bərpa edəcək. Baydenin təklifinə əsasən hakim Prezident tərəfindən 2 ildən bir 18 il müddətinə təyin ediləcək.

Bayden, həmçinin, Konqresi Ali Məhkəmənin hakimləri üçün məcburi etik kodeksi qəbul etməyə çağırıb və mövcud könüllü sistemi "zəif" adlandırıb.

Dövlət başçısı qanunvericiləri prezidentin toxunulmazlığını məhdudlaşdıran konstitusiya dəyişikliyini qəbul etməyə çağırıb.

Qeyd edək ki, ABŞ Ali Məhkəməsində hakimlər prezident tərəfindən Senatın razılığı ilə ömürlük təyin olunur və səlahiyyətlərinə yalnız könüllü istefa və ya törədilmiş cinayətlərə görə impiçment nəticəsində vaxtından əvvəl xitam verilə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
37
4
olaylar.az

5Источники