RU

Sumqayıt ticarət mərkəzində səhər saatlarında baş verən yanğın söndürülüb

Sumqayıt, 30 iyul, AZƏRTAC

Sumqayıt şəhərinin mərkəzində yerləşən ticarət mərkəzində yanğın olub. Hadisə səhər saat 05:00 radələrində 32-ci məhəllədə qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinindən AZƏRTAC-a bildirilib ki, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Alov söndürülüb.

Yanğın nəticəsində təxminən 80 kvadratmetr ərazi yanıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Избранный
26
1
azertag.az

2Источники