RU

Çempionlar Liqası: ”Fənərbağça” İsveçrə klubuna qalib gələrək növbəti mərhələyə adlayıb

Türkiyənin “Fənərbağça” komandası UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab görüşünə çıxıb.

Missiya.Az AZƏRTAC-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi səfərdə 4:3 hesabı ilə qalib gəldiyi İsveçrənin “Luqano” komandasını doğma meydanda qəbul edib. 

Qarşılaşma "sarı-lacivərdlər"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Joze Mourinyonun komandası növbəti mərhələyə vəsiqəni təmin edib. "Fənərbağça" III raundda Fransanın “Lill” kollektivi ilə üz-üzə gələcək.

Избранный
80
8
missiya.az

9Источники