RU

Blinken Hakan Fidanla müzakirə etdiyi mövzuları açıqlayıb

ABŞ dövlət katibi Entoni Blinkenin Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşündə müzakirə olunan mövzular açıqlanıb.Leqal.info xəbər verir ki, bu barədə dövlət katibi Blinken "X" hesabında bildirib."Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə İsrail-HAMAS münaqişəsinin yayılmasının qarşısının alınması, mülki əhalinin qorunması və humanitar yardımın artırılmasının zəruriliyi barədə danışdıq. Biz, eyni zamanda İsveçin NATO-ya daxil olması və qlobal problemlərin həllində tərəfdaşlığımızın əhəmiyyətini müzakirə etdik", - paylaşımda qeyd olunub.Qeyd edək ki, Blinken Türkiyəyə səfər edib.Leyla KamilLeqal.info

Избранный
597
22
leqal.info

10Источники