RU

Naxçıvanda 35 şəhidin adına ağaclar əkilib

Naxçıvan Muxtar Respublikasında (MR) 35 şəhidin adına ağaclar əkilib. Bu barədə SİA-ya Naxçıvan MR-in Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, şəhidlərin xatirəsinə QR kodlu bağ salmaq ənənəsi Şahbuz rayonunda davam etdirilib. Bağ Şahbuz Rayon Xəstəxanasının təşkilatçılığı ilə tibb müəssisəsinin həyətyanı sahəsində salınıb.

“Bir şəhid, bir çinar” başlıqlı ağacəkmə aksiyasında rayonun 35 şəhidinin adına çinar ağacları əkilib. Hər bir ağacın yanında şəhidin şəkli, adı, ata adı və soyadı olan məlumat lövhələrinə QR kodlar da yerləşdirilib. Kod oxudulan zaman şəhidin haqqında ətraflı məlumat oxumaq mümkün olur.

Qeyd edək ki, bu Naxçıvanda ilk belə bağdır.

Избранный
337
4
sia.az

5Источники