RU

"Sabah" Konfrans Liqasında mərhələ adlayıb

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Sabah” bu gün II təsnifat mərhələsində cavab oyununa çıxıb. Komanda Bakıda İsrailin “Makkabi” (Hayfa) klubunu qəbul edib.
Səfərdəki ilk matçda 3:0 hesablı qələbə qazanan təmsilçimiz “Əlincə” stadionundakı görüşdə eyni fərqlə məğlub olub. Qarşılaşmanın 120 dəqiqəsi "Makkabi"nin 6:3 hesablı üstünlüyü ilə yekunlaşıb. "Sabah"ın heyətində qolları 47-ci dəqiqədə Pavol Şafranko, 71-ci dəqiqədə Kahim Parris və 103-cü dəqiqədə Coy Lens Mikels vurub.
İki oyunun ümumi nəticəsi 6:6 olduğundan, komandalar qalibi penaltilər seriyasında müəyyənləşdiriblər. Penaltiləri daha dəqiq yerinə yetirən Azərbaycan təmsilçisi (3:2) III təsnifat mərhələsinə yüksəlib.
“Sabah”ın növbəti raunddakı rəqibi “Vaduts” (Lixtenşteyn) - “Sent Patriks” (İrlandiya) cütünün qalibi olacaq. Bu komandaların İrlandiyadakı ilk duelində ev sahibləri 3:1 hesablı qələbə qazanıblar.
Qeyd edək ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunları avqustun 8-də, cavab görüşləri isə ayın 15-də baş tutacaq. “Sabah” birinci matçını səfərdə keçirəcək.
Избранный
204
affa.az

1Источники