RU

ABŞ İsraili müdafiə məqsədilə bölgəyə yeni hərbi birləşmə yerləşdirəcək

ABŞ İsraili müdafiə məqsədilə bölgəyə yeni hərbi birləşmə yerləşdirəcəyini elan edib. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Birləşmiş Ştatların prezidenti Cozef Baydenlə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığında müzakirə aparılıb.

Söhbət zamanı ABŞ-ın təhdidlərə, o cümlədən ballistik raketlərə və pilotsuz təyyarələrə qarşı İsrailin müdafiəsini dəstəkləmək səyləri və sadiqliyi müzakirə olunub. Tərəflər regionda gərginliyin azaldılması üçün davamlı səylərin vacibliyini vurğulayıblar. Telefon danışığına vitse-prezident Kamala Harris də qoşulub.

Избранный
42
7
sesqazeti.az

8Источники