Bakı. Trend:
Sudanda müharibənin doğurduğu humanitar böhran tezliklə bütünregiona yayıla bilər.
Trend xəbər verir ki, bubarədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb.
“Müharibə başlayandan 10 milyon nəfərin məcburi köçü vəelementar xidmətlərin yoxluğu nəticəsində humanitar böhran hər gündərinləşir və tezliklə bütün regionu əhatə edə bilər”, - BMT-ninQaçqınlar üzrə Ali Komissarlığının koordinatoru Mamadu Dian Baldexəbərdarlıq edib.
O qeyd edib ki, silahlı toqquşmalar ilin əvvəlindən minlərləinsanın ölümünə səbəb olub. Fəlakətin qarşısını almaq üçün təcilitədbirlər görülməlidir.