RU

İordaniya şahzadəsinin övladı dünyaya gəlib

İordaniya

Bakı, 4 avqust, AZƏRTAC

İordaniya vəliəhdi şahzadə Hüseyn və Racva Əl Saif ilk dəfə valideyn olub.

AZƏRTAC xəbər verir ki, bu barədə “The National” məlumat yayıb. Cütlüyün İman adlı qızı dünyaya gəlib.

“Allah onu valideynlərinin göz bəbəyi eləsin”, - ailə nümayəndələrinin açıqlamasında deyilir.

Cütlük 2023-cü il iyunun 1-də Əmmanda, şahzadənin valideynləri Kraliça Raniya və İordaniya Kralı II Abdullahın 1993-cü ildə evləndiyi Zəhran sarayında ənənəvi İslam mərasimində evlənib.

Избранный
103
3
azertag.az

4Источники