RU

"Zirə" təmsilçisindən rekord!

Misli Premyer Liqasının 2024/25 mövsümünün ilk het-triki qeydə alınıb. Sport24.az xəbər verir ki, bu, I turun "Zirə" – "Səbail" oyununda (4:1) reallaşıb.
 
Davit Volkov birinci hissədə üç qol vurub.
 
Gürcüstanlı hücumçu bununla da Azərbaycan çempionatları tarixinə düşüb. O, ən çox het-trik edən legioner adını qazanıb.
 
"Zirə"də ikinci dəfə belə uğura imza atan Volkov "Sabah"ın heyətində də bir het-trik müəllifi olub. Üç het-trikə imza atan ilk legioner kimi tarixə düşən gürcüstanlı hərəyə iki dəfə fərqlənən Əhməd Ticani, Junivan Suares, Anatoli Doroş, Bahodir Nasimov və Reynaldo Silvanı arxada qoyub.
 
 

Избранный
53
12
sport24.az

10Источники