RU

Asim Xudiyev UEFA-dan növbəti təyinat aldı

Beynəlxalq dərəcəli referi Asim Xudiyev UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək CFR (Rumıniya) - "Makkabi" (Petah Tikva, İsrail) görüşünün hakim-inspektoru olacaq.
 
Moderator.az Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi saytına istinadən xəbər verir ki, Macarıstanlı baş hakim Tamaş Boqnarın idarə edəcəyi qarşılaşma Kluj-Napoka şəhərində yerləşən "CFR Kluj" stadionunda reallaşacaq.
 
Qeyd edək ki, görüş avqustun 15-də təşkil olunacaq.
 
 
 
 
Избранный
180
42
moderator.az

10Источники