RU

Asim Xudiyev UEFA Konfrans Liqasında Hakim-İnspektor Təyin Olundu

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

Demokrat.az  AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək CFR (Rumıniya) - “Makkabi” (Petah Tikva, İsrail) görüşünün hakim-inspektoru olacaq.

Macarıstanlı baş hakim Tamaş Boqnarın idarə edəcəyi qarşılaşma Kluj-Napoka şəhərində yerləşən “CFR Kluj” stadionunda reallaşacaq.
Избранный
161
42
demokrat.az

10Источники