RU

Hakan Fidan: “Qarabağ Azərbaycan bayrağı altında əmin-amanlığa qovuşmasının coşqusunu yaşayır”

Türkiyənin xarici işlər naziri Hakan Fidan 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.

 

Senzor.az bildirir ki, bu barədə diplomat “X” sosial şəbəkəsində yazıb.

 

“Can Azərbaycanın 8 Noyabr - Zəfər Gününü ürəkdən təbrik edirəm.

 

Zəfərin üçüncü ildönümündə Qarabağ Azərbaycan bayrağı altında əmin-amanlığa qovuşmasının coşqusunu yaşayır.

 

44 günlük mübarizəni zəfərlə taclandıran bütün qəhrəmanlarımızı şükranla, şəhidlərimizi ehtiramla yad edirəm, Qarabağ Azərbaycandır!”, - XİN başçısı qeyd edib.


Избранный
370
11
senzor.az

10Источники