RU

"Sumqayıt"da yeni oyunçu

2024/2025-ci illər mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

Klubun mətbuat xidmətindən Sportnetş.az-a verilən məlumata görə, “kimyaçılar” son mövsümü Türkiyənin “Manisa” komandasında keçirmiş Sərtan Taşkınla 1+1 illik müqavilə imzalayıb. Milli komandanın üzvü olan 26 yaşlı futbolçu Sumqayıt təmsilçisinin heyətində 2 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, 2019/2020-ci illər mövsümündə də “Sumqayıt”da çıxış etmiş S.Taşkın ümumilikdə 20 oyunda meydana çıxıb və 1 qol vurub.


Избранный
5
7
sportnet.az

10Источники