RU

İsrail: HƏMAS hücumlarda təcili yardım maşınlarından istifadə edir

"İsrail Müdafiə Qüvvələri Fələstinin HƏMAS radikal qruplaşmasının yaraqlılarının Qəzza zolağı ətrafında hərəkət etmək üçün təcili yardım maşınlarından istifadə etdiyinə dair sübutlar açıqlayıb". Bizimyol.info xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinə istinadən "Yedioth Ahronoth" informasiya portalı məlumat yayıb. Nəşrin qeyd etdiyi kimi, İsrail hərbçiləri ələ keçirilərək təqdim edilən telefon danışığının səs yazısında HƏMAS terrorçusunun Qəzza zolağının ətrafında hərəkət etmək üçün təcili yardım maşınlarından istifadə olunduğu etiraf edilib. Ekstremist iddia edir ki, “onlar istədiyi təcili yardım maşını ilə uzaqlaşa bilər”. Terrorçuların Fələstin anklavında hərbi əməliyyatlar üçün təcili tibbi yardım maşınları və xəstəxanalardan istifadə etməsini 7 oktyabr qırğınında iştirak etmiş və ələ keçirilmiş Həmas-ın elit "Nuxba" bölməsinin yaraqlılarının İsrail Baş Təhlükəsizlik Xidmətinin dindirmə protokollarından dərc olunmuş çıxarışlar da sübut edir. Onların sözlərinə görə, HƏMAS-ın xarici görünüşü mülki təcili yardım maşınlarına bənzəyən maşınlardan istifadə edir ki, şübhə doğurmasınlar və İsrail tərəfindən bombardmanlara məruz qalmasınlar. Ötən həftə İsrail Qəzzada hərbçilərin HƏMAS terrorçularını daşıdığını bildirən təcili yardım maşınına endirilən zərbənin məsuliyyətini öz üzərinə götürüb. Qadir, Bizimyol.info

Избранный
777
23
bizimyol.info

10Источники