RU

Paris-2024: Rafiq Hüseynov ilk görüşündə uduzdu

87 kq çəki dərəcəsində yarışan idmançımız 1/8 final mərhələsində David Losonçi (Macarıstan) ilə qarşılaşıb. Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. Matc.az xəbər verir ki, 87 kq çəki dərəcəsində yarışan idmançımız 1/8 final mərhələsində David Losonçi (Macarıstan) ilə qarşılaşıb. Hüseynov rəqibinə 2:5 hesabı ilə uduzub. Losonçi finala çıxsa, Rafiq təsəlliverici görüşə qatılacaq. Qeyd edək ki, Paris-2024 avqustun 11-də sona çatacaq.

Избранный
49
1
matc.az

10Источники