Bakı. Trend:
“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin IV turundaAlmaniya klubu “Bayer 04”lə oyununa 30 000 bilet satılıb.
Trend-ə bu barədə “Qarabağ”ınmətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bugünkü qarşılaşma üçün bütün biletlər satılıb.Bu isə o deməkdir ki, Tofiq Bəhramov adına Respublika stadionundakıgörüşdə tribunalar tam dolu olacaq.
Qeyd edək ki, “Qarabağ” - “Bayer 04” matçı saat 21:45-dəbaşlayacaq.