Qələbənin üçüncü ildönümündə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilat rəhbərləri, şəhid ailələri, vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib. Vətənimizə və dövlətimizə əmanət qalan şəhid övladları ilə birlikdə ilk olaraq Ulu Öndər Heydər Əliyevin Xırdalan şəhərində ucaldılmış abidəsi ziyarət edilib, gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib.
Sonra şəhid ailələri, şəhid övladları və qazilərlə birlikdə rayon ictimaiyyəti tərəfindən Şəhidlər Xatirə Kompleksi, II Fəxri Xiyaban, o cümlədən Xırdalan şəhəri də daxil olmaqla rayonun bütün kənd və qəsəbələrindəki Şəhidlər Xiyabanları və şəhidlərimizin dəfn olunduğu müqəddəs məkanlar ziyarət olunub, məzarları üzərinə gül dəstələri qoyularaq şəhidlərimizin xatirələri ehtiramla yad olunub.
Zəfər Günü ilə əlaqədar Xırdalan şəhərində Ulu Öndərin adını daşıyan Parkda respublikamızın tanınmış incəsənət xadimlərinin iştirakı ilə təntənəli konsert proqramı təşkil olunub və Zəfər Günü münasibətilə atəşfəşanlıq olub.









10Источники
-
demokrat.azZəfər Günü Abşeronda böyük coşqu ilə qeyd olundu — FOTOLAR ( 961620)
-
day.azZəfər Günü Abşeron rayonunda böyük coşqu ilə qeyd olundu - FOTO ( 960807)
-
az.trend.azZəfər Günü Abşeron rayonunda böyük coşqu ilə qeyd olundu ( 960452)
-
veteninfo.azZəfər Günü Abşeron rayonunda böyük coşqu ilə qeyd olundu – VİDEO ( 959476)
-
teleqraf.comZəfər Günü Abşeronda böyük coşqu ilə qeyd olundu - Fotolar ( 959354)
-
gununsesi.infoZəfər Günü Abşeron rayonunda böyük coşqu ilə qeyd olundu -Fotolar/Video ( 959230)
-
musavat.comZəfər Günü Abşeron rayonunda böyük coşqu ilə qeyd olundu - VİDEO ( 959192)
-
publika.azZəfər Günü Abşeronda böyük coşqu ilə qeyd olundu ( 959149)
-
yenisabah.azZəfər Günü Abşeronda böyük coşqu ilə qeyd olundu - FOTOLAR ( 958969)
-
bakupost.azZəfər Günü Abşeronda böyük coşqu ilə qeyd olundu - FOTO ( 958849)