RU

Lavrov: “Qərb Ermənistanla Rusiyaya qarşı dost olmaq istəyir”

Qərb ölkələri Ermənistanın \"qılığına \"girir” və respublika ilə Rusiyaya qarşı dost olmaq istəyirlər.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov \"Rossiya-1” telekanalının efirində deyib.

\"İndi Ermənistanın fəal şəkildə qılığına girən Qərb ölkələri onunla Rusiya Federasiyasına qarşı dost olmaq istəyirlər\" - o vurğulayıb.

S.Lavrovun sözlərinə görə, Rusiya Federasiyasının Ermənistanın xarici tərəfdaşlarına qarşı qərəzi yoxdur, İrəvan öz kursunu müstəqil şəkildə müəyyənləşdirməlidir./report

Избранный
303
11
azxeber.com

10Источники