RU

"Qarabağ" 3 xalı 3 qolla qazandı - Premyer Liqa

Azərbaycan Premyer Liqasında II tura start verilib.

Prosport.Az xəbər verir ki, turun ilk oyun günündə “Qarabağ” klubu “Azərsun Arena”da Gəncə təmsilçisi “Kəpəz”i qəbul edib.

Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Riçard Almeyda (48), Abdullah Zubir (72) və Olavio Juninyo (84) rəqib qapısından keçirib.

“Kəpəz”in futbolçusu Elmir Tağıyev 78-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub.

Qeyd edək ki, II turun qalan matçları 10-11 avqustda keçiriləcək.

Избранный
37
13
prosport.az

10Источники