RU

Paris-2024: Braziliyalı atletdən evlilik təklifi

Braziliyalı atlet Almir Dos Santos Parisdə keçirilən Olimpiya Oyunlarında üç təkanla tullanma üzrə finaldakı çıxışını başa vurduqdan sonra stadionda sevgilisinə evlənmə təklifi edib.

Sportnet.az xarici KİV-ə istinadən xəbər verir ki, idmançının sevgilisi təklifi müsbət cavablandırıb.

Dos Santos hündürlüyə tullanma üzrə yarışlarda 11-ci yeri tutub. Onun ən yaxşı cəhdi 16,41 metr olub.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.


Избранный
129
9
sportnet.az

10Источники