RU

Məşhur rejissorun Bakıdan etdiyi bu paylaşım erməniləri qəzəbləndirdi: İrəvana buraxmadılar – FOTO

Rusiyalı rejissor Vitali Manskinin İrəvan Dövlət Teatr və Kino İnstitutunda planlaşdırılan festivalı ləğv edilib.

Publika.az xəbər verir ki, bununla bağlı məlumat institutdan verilib:

“Artdocfest” festivalının direktoru Vitali Manskinin son “Facebook” paylaşımından sonra Yerevan Dövlət Teatr və Kino İnstitutu 23-26 noyabr tarixlərində universitetdə keçiriləcək festivalı ləğv etmək qərarına gəlib”, - məlumatda deyilir.

Səbəb isə rejissorun Bakıdan – Heydər Əliyev Hava Limanından paylaşdığı şəkil və yazdığı status olub.

Rejissor qeyd edib ki, artıq ikinci dəfədir ki, Qələbə günündə Bakıdadır. Birinci gəlişi o qədər təsirli olub ki, indi yeni film çəkmək üçün buradadır.

Onun bu paylaşımı erməniləri özündən çıxardıb. Ona görə də rejissoru İrəvana buraxmamaq qərarına gəliblər.

Избранный
439
25
publika.az

10Источники