İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı 11078-ə yüksəlib.
Bu barədə Qəzzadakı Fələstin Səhiyyə Nazirliyindən verilən məlumatda bildirilib.
Məlumatda İsrailin son 24 saatda həyata keçirdiyi hücumlarda daha 266 nəfərin həyatını itirdiyi bildirilib. Qəzza zolağında oktyabrın 7-dən bu yana ölənlərin sayı 4 min 506-sı uşaq, 3 min 27-si qadın olmaqla 11078-ə çatıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта