RU

“Araz-Naxçıvan” “Şamaxı”ya qarşı - oyun başladı

Bu gün Premyer Liqanın II turu çərçivəsində daha iki qarşılaşma baş tutacaq. Sport24.az xəbər verir ki, günün ilk oyunu Mərdəkanda keçiriləcək.
 
Rəqiblərini "Liv Bona Dea Arena"da qəbul edən "Araz-Naxçıvan" "Şamaxı" ilə üz-üzə gələcək. İlk turda "Qarabağ"a məğlub olan naxçıvan təmsilçisi mövsümdə ilk xalını və xallarını qazanmağı hədəfləyibsə, Ayxan Abbasovun çalışdırdığı "şirlər" "Sabah"ın ardından naxçıvanlılardan da xal qoparmağı planlaşdırır.
 
Qeyd edək ki, matçın start fiti saat 18:45-də səslənəcək.
 
Azərbaycan Premyer Liqası
I dövrə, ı tur
18:45. "Araz-Naxçıvan" – "Şamaxı" 0:0 (1-ci hissə)
Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Eyyub İbrahimov, Kamranbəy RəhimovVAR: Cavid CəlilovAVAR: Rəhman İmamiHakim-inspektor: İmanxan SultaniAFFA nümayəndəsi: İlham ƏliyevMərdəkan. "Liv Bona Dea Arena" 
"Araz-Naxçıvan": 12. Kristian Avram, 34. Urfan Abbasov, 3. Bəxtiyar Həsənalızadə, 6. Vadim Abdullayev (k), 26. Ömər Buludov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 97. Felipe Santos, 10. Bernardo Dias
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 1. Vüsal Şabanov, 2. Slavik Alxasov, 7. Ülvü İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 24. Mustafa Əhmədzadə, 14. Miço Kuzmanoviç
"Şamaxı": 1. Rikardo Fernandes, 4. Adil Nağıyev (k), 8. İlkin Muradov, 17. Rafael Məhərrəmli, 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 32. Vasiliye Radenoviç, 11. Conatan Benteke, 7. Giorgi Kantariya, 9. Belajdi Pusi, 66. Vasiliye Bakiç
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 10. Emin Zamanov, 80. Zahid Mərdanov, 5. Arsen Ağcabəyov, 97. Elşad Tağıyev, 22. Qurban Səfərov, 24. Edqar Adilxanov, 19. Fəxri Məmmədli, 93. Brahim Konate

Избранный
72
11
sport24.az

10Источники