RU

Maqomedxan Maqomedov: Parisə qızıl medal üçün gəlmişdim

Bürünc medaldan razı deyiləm. Çünki daha yaxşı nəticə gözləyirdim.

Prosport.Az xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında bürünc medal qazanan Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov deyib.

97 kiloqram çəki dərəcəsində fəxri kürsüyə qalxan idmançı Parisə qızıl medal üçün gəldiyini, lakin istəyinə çata bilmədiyini söyləyib: “Tamam başqa nəticələrə köklənmişdik. Təəssüf ki, alınmadı”.

Qeyd edək ki, sərbəst güləşçilərimiz Paris olimpiadasını 2 medalla başa vurublar. M.Maqomedovdan başqa, Giorgi Meşvildişvili də Olimpiya üçüncüsü olub.

Избранный
7
6
msport.az

7Источники