Bakı. Trend:
Azərbaycanın "Paris-2024" Yay Olimpiya Oyunlarında medalsıralamasındakı yekun mövqeyi bəlli olub.
Trend xəbər verirki, olimpiadada 7 medal qazanan ölkəmiz Xorvatiya ilə birlikdə30-31-ci yerləri bölüşdürüb.
Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionuolublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçuAlfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi HəsrətCəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medalasahib çıxıblar.
Bununla da Azərbaycan medal əyarına görə Tokio olimpiadasındakınəticəsini yaxşılaşdırıb. İdmançılarımız 2021-ci ildə Yaponiyapaytaxtında keçirilmiş yarışda 3 gümüş və 4 bürünc mükafata sahibçıxmış, medal sıralamasında 67-ci olmuşdular.
Qeyd edək ki, Azərbaycan "Paris-2024" Yay Olimpiya Oyunlarında15 idman növü üzrə 48 idmançı ilə təmsil olunub.